Bu avtobuslarla “Nağayracuğ a?" - VİDEO

Bu dəfə biz tez-tez müraciət edilən mövzulardan biri olan bayağı mahnılardan danışacağıq. Əslində, bu mövzu o qədər çeynənilib ki, bizim də bu mövzuya müraciətimiz, onun həzmində, bəlkə də, heç bir irəlləyiş gətirməyəcək. Amma biz bu dəfə də cəhd edib, bu məsələni bir daha gündəmə gətirəcəyik. Misal üçün, Bakı-Sumqayıt yolunu tez-tez gedib gələn sərnişin kimi, sürücülərin ən çox dinlədiyi bir mahnıya toxunacam. Elə götürək “Ağlın varsa evlənmə” mahnısını. Bu dırnaq arası mahnıda, iki nəfər özünə əl-ayaq qatıb ki, ay dinləyicilər, ay qardaşlar, sizi əmin edirik ki, evləndinizsə, onda mütləq qara günləriniz başlayacaq, hətta iki qaqaş buna dəlillər, səbəblər də belə gətirirlər. Yaxşı bunu başa düşdük. Evlənməyin min cür dərdi-səri var. Anlaşılmaz bir məsələ odur ki, həmin müəlliflər mahnının sonuna birdən birə fikirləri dəyişir. Bu iki qardaş yəqin anlayırlar ki, belə mahnı ilə çətin ki, toy tutasan. Bunu nəzərə alan müəlliflər, tez-tələsik mahnın sonuna ağlın varsa, qardaş, evlən deməklə onun bütün məzmununu alt-üst edirlər.
Yazıq dinləyici, gəl bu mahnıdan sonra çaş-baş qalma! Sizi bilmirəm, amma mənim ağlıma bu anda bir söz düşür, “nağayracuğ aaa??". Nağayracuq demişkən, elə eyni adlı bu mahnı bir ara yaman populyarlıq qazanmışdı. Hətta məsələ o həddə çatmIşdI ki, ictimai obyektlərdə, ziyalılar arasında, çöldə, bayırda, kafedə, restoranda, inanmazsız, hətta mənim çölə bayıra çıxmayan nənəmin dilindən bu kəlmə düşmürdü.
İnternet portallarında az qala izləm rekordları qıran bu musiqilər, psixoloqlarin fikrincə, insanlara pis vərdişləri təbliğ edir və bu musiqilər insan psixologiyasına mənfi təsir göstərir. Bu mahnılar gənclər arasında tüfeyli həyata marağı artırır və bu musiqilərin yayılmasının qarşısı mütləq alınmalıdır. Hər halda, psixoloqlar belə hesab edir.
Qeyri-rəsmi statistikaya əsasən bayağı musiqilərin dinləyicisi əsasən gənc sürücülərdir. Onların bu mahnılardan cuşa gəlib, qəza törətmə riski də yüksəkdir. Düzdür, deyirlər ki, müsiqi qəlbin açarıdır, kim bununla mubahisə edər. Qəlbin istədi, dinlədin. Amma bunu da yaddan çıxarmaq olmaz ki, musiqi qulaq vasitəsi ilə, dinlənilir. Gərək qulaq öyrəşsin ki, nə qəlbləri vursun, nə də mənəvi dünyamızın zövqünü pozsun.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










