Bu çayxanada nöqsanlar aşkarlandı - FOTOLAR

Gəncə şəhəri, Ə.Əliyev küçəsində Vüqar İlqar oğlu Hacıyevə məxsus çayxanada nəzarət tədbiri keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə obyektində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Obyektdə qida ilə təmasda olan səthlərin asan təmizlənən və dezinfeksiyaya davamlı materialdan üzlənmədiyi, alət və avadanlıqların təmiz saxlanılmadığı, istifadə edilən suyun filtirasiya olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin qurulmadığı aşkarlanıb. Bundan başqa, sanitariya-gigiyena normalarına zidd digər nöqsanlar da qeydə alınıb.
Faktla bağlı obyektin sahibkarı barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib və icrası məcburi göstərişlər verilib.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












