Bu da bizim "ruçnoy" sürücü – Yol polisi ilə GÜLMƏLİ ƏHVALAT

Deyirəm, adam nə qədər küt olarmış. Dünən «Səadət» sarayının yaxınlığında bir hadisə ilə rastlaşdım. Bir yol polisi dostu ilə söhbət edirdi. Bu anda bir nəfər qaydanı pozdu, polis də saxladı. Polisin dostunun qaydanı pozana yazığı gəldi, yaxınlaşıb göz vura-vura dedi ki, "qardaşım, necəsən, görünmürsən?". Sonra üzünü çevirib polisə dedi ki, "əsgərlik yoldaşımdır, burax getsin". Polis elə demək istəyirdi ki, "sür get", birdən qaydanı pozan qayıdasan ki, "mən sizi tanımadım axı!". Yol polisinin dostu yenə göz vura-vura, sifətində milyon işarə göstərə-göstərə qayıtdı ki, "daha tanımazsan də, yeyib-içmək verməməyin dərdindən özünü bilməməzliyə qoyursan».
Lap inandırıci çıxsın deyə detallara da vardı: "Yadına gəlmir ki, serjant «trevoqa» verəndə biz «starşina»nın otağında gizlənmişdik".
Qaydanı pozan dedi: "Qardaş, axı mən ümumiyyətlə əsgərliyə getməmişəm. O vaxt «neqodnı» almışam».
Polis təəccüblə dostuna baxdı. Dostu polisə "Bu oğlanı sənə hədiyyə verdim" deyə başını bulayıb uzaqlaşdı. Polis isə qəşəng protokol yazıb kutbeyini "xoşbəxt" etdi.
Azər Qismət
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












