Banner

Bu dəfə polis sürücüyə tanışlıq verib aradan çıxdı - VİDEO

Xəbərlər 15 May 2014 01:23 Oxunub 4694
Bu dəfə polis sürücüyə tanışlıq verib aradan çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün qanunla danışdığını görən DYP əməkdaşı onunla qonşu olduğunu deyib sənədləri geri qaytardı

Son vaxtlar yollarımızda sürücülərlə yol polisləri arasında maraqlı dialoqların əks olunduğu və biri-birindən fərqli vidogörüntülər sosial şəbəkələrdə geniş yayılır. Bu dəfə Avtosfer.az saytı həmin videolardan eləsini təqdim edir ki, izləyənlər həm güləcək, həm də heyrətlənəcək. Güləcək ona görə ki, yol polisi sürücünün qanuni tələbləri qarşısında aciz qalaraq ona tanışlıq verib aradan çıxır. Videonun heyrətləndirici tərəfi isə budur ki, Babayev soyadlı DYP əməkdaşı özünü sürücüyə təqdim etməyi özünə sığışdırmır. Burada heyrətləndirici çox məqam var. Məsələn, nə üçün sürücü qanundan sitat gətirəndən sonra yol polisi əməkdaşı özünü sanki pis iş görürmüş kimi təqdim edir? Nə üçün yol polisi əməkdaşı sürücü ilə dialoqda olarkən gah qaşınır, gah burnunu qurdalayır, gah da ətrafa və maşının içərisinə şübhəli-şübhəli baxır? Və ən əsası, elementar danışıq qabiliyyəti nədən bu səviyyədədir?

Biz bu videoları izləyəndən sonra belə nəticəyə gəlirik ki, bəzi yol polisi əməkdaşları qanunları və «Yol patpul xidməti haqqında» təlimatı yalnız bir dəfə oxuyurlar. O da işə qəbul olunarkən baş verir. Elə ki, işə çıxdılar, hər şey unudulur. DYP rəhbərliyi isə qayda-qanunu tez-tez yada salmalı olduğu halda, görünür, buna vaxt qalmır. Əslində, sənədlərdə hər şey qaydasındadır. Onlar bütün təlimatı əzbər bilirlər, vətəndaşla xoş davranırlar, qanundan kənara çıxmırlır. Bunlar yalnız sənədlərdə, təlimat kitablarındadır. Reallıqda isə əsl DYP əməkdaşı elə bu videodakı kimi olur. Biz burada tipik azərbaycanlı yol polisi əməkdaşını görürük. Sürücünün tələbi ilə özünü təqdim etmək əvəzinə yanındakı digər yol polisi əməkdaşını qabağa verib ona özünü təqdim etməyi əmr edən baş serjant Babayev, nəhayət, uzun mübahisədən sonra özünü təqdim edib vəsiqəsini göstərir. Bunun ardınca sürücü yol polisinin onu nə üçün saxladığını soruşduqda serjant Babayev «sənədləri ver» deyir. Elə məsələnin ən maraqlı tərəfi də budur. Nədənsə, sürücülər yol polisindən nə üçün saxlanıldığını soruşduqda cavab belə olur; sənədləri ver, başa salacam. Elə bu videoda da serjant Babayev buna bənzər hərəkət nümayiş etdirir. Nəhayət, yenə də uzun mübahisədən sonra sürücünün dönmə işıqlarından istifadə etmədiyini deyir. Bununla da sürücü sənədləri ona təqdim edir. DYP əməkdaşı sürücüdən avtomobili tərk etməyi tələb etsə də, sürücü bundan imtina edir. Əslində, bu, normal hal deyil. Bütün hallarda, qanunlar sürücünün belə addım atmasını qadağan edir. Qanuna görə, sürücü yol polisi əməkdaşının tələbi ilə avtomobili tərk etməlidir. Burada isə sürücü buna əməl etməsə də, görünür, DYP əməkdaşı öz hüquqlarını bilmədiyi üçün ona qarşı heç bir tədbir görmür. Üstəlik, sürücünün daha bir qayda pozuntusu ortaya çıxır ki, bu da sığorta şəhadətnaməsinin vaxtının bitməsidir. Bu halda isə yol polisi iki qayda pozuntusu aşkar etmiş olur və onlardan ən ağırını inzibati protokol tərtib etməklə sürücüyə tətbiq edə bilərdi. Amma…

Sürücü maşında oturub serjant Babayevin protokol yazıb sənədləri ona qaytaracağını gözlədiyi halda, başqa mənzərənin şahidi oluruq. Sürücü yol polisinin dediyi qayda pozuntusu ilə razılaşdığı üçün YPX inspektoru protokol tərtib edib bir nüsxəsini sürücüyə verməli idi. Lakin burada yol polisinin sürücünü maşından düşməyə dəvət etməsi bir qədər anlaşılmazdır. Bir daha qeyd edək ki, bütün hallarda polisin tələbi yerinə yetirilməli idi. Babayev isə artıq əvvəlki kimi kobud danışmır və çəkiliş aparıldığını hiss edərək hər vəchlə sürücünü maşından düşürməyə çalışır. Sürücü yenə də imtina edir və post-patrul xidməti çağırmağı tövsiyyə etsə də, yol polisi əməkdaşı PPX-nin bu işə qarışmağa ixtiyarının olmadığını deyir. Əslində, bu da səhv yanaşmadır. Çünki həqiqətən də sürücü YPX əməkdaşına tabel olub maşından düşmürsə, əraziyə PPX çağırılmalıdır. PPX əməkdaşları da tam qanuni yolla həmin sürücünün qoluna qandal taxıb polis bölməsinə apara billər. Amma serjant Babayevin deyəsən, bu qaydalardan xəbəri yoxdur. Axı bunu ona deyən olmayıb. Bəs, hər gün işə gələndə «razvod» keçirən komandirlər görəsən, yollarda xidmətə göndərilən yol polisi inspektorlarına nə deyirlər, nə tapşırırlar? Bu sual cavabsız qaldığı üçün serjant Babayev sürücünün qarşısında geri çəkilmək qərarına gəlir. Səbəbini də onunla izah edir ki, həmin sürücü ilə eyni binada yaşayır. Babaşov küçəsi, ev 15… Maraqlı yanaşmadır. Saxladığı sürücüyə heç nəyi sübut edə bilməyən YPX inspektoru onun sənədlərini necə almışdısa, elə də geri qaytarır. Uzaqlaşarkən isə bunu deyir; blokda görüşərik…

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Xalq 10 Noyabr 2014 22:55
Bu da Azerbaycan polisi...
Elmar 10 Noyabr 2014 22:55
Hormetli avtosfer.az sayti zehmet olmasa qeneralni doveronnost barede de fikirlerinizi boluwerdiz.Men avtomobil aldim etibarname ile 3 aydan sonra starken dediler ki sahibinin mehkeme ishi var borca gore.Menim mashinimi sata bilmerem.Mehkemeye getdikde dediler get tap hemin adami gelsin odesin borcu.Men polis deyilem adam axtarim.Bu boshluqdu qanunda.Mehkemenin gormeli oldugu ishi menmi gormeliyem
Sem 10 Noyabr 2014 22:55
bele vetandashlar mraz olurlarda bunu bura qoyanda nolur ki ..polis hec bir qanunsuzluq hec etikasiz hereket soz iwletmedi
Islam 10 Noyabr 2014 22:55
bu it ilinden qalma video du men buna 4 bundan qabaq baxmisam yatib indi ayilmisiz
Rəşid 10 Noyabr 2014 22:55
Elməddin bəy, hansı qanuna əsasən vətəndaş polisin tələbi ilə avtomobili öz əmlakını tərk etməlidir Tələb sözünün qarşısında qanuni sözü olmalıdır qanuni tələbi ilə. Dönmə işıqlarından istifadə etməmiş sürücü buna görə avtomobilini niyə tərk etməlidir ki Vətəndaş polisin qanunsuz tələblərini yerinə yetirməyə borclu deyil.