Bu dəfə sürücü yol polisini sıxışdırıb, amma… - FOTOLAR

Lənkəran rayonu Seydəkəran kənd sakini Əsgərov Qalib Miraydın oglu Avrosfer.az saytına müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsindən şikayətçi oldugunu qeyd edib. O bildirib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət ərizəsi ilə müraciət edərək barəsində tərtib olunmuş inzibati xəta haqqında MMX-1231861 saylı elektron protokulun ləgv edilməsi və İnzibati Xətalar Məcəlləsinin 416.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edib. Şikayət ərizəsini isə onunla əsaslandırıb ki, 04.03.2015-ci il tarixində törətdiyi inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş müddət ərzində onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul olunmalı idi. Amma bu şikayət ərizəsinə əsasən Baş Dövlət Yol Polisi İdarəsindən aldıgı 016-23671Ə-3215 saylı 05.08.2015-ci il tarixli cavab məktubunda qeyd olunur ki, «Əsgərov Qalib Miraydın oglu barəsində İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi üzrə MMX1231861 nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilib. Qeyd olunan protokol ona əlavə edilmiş materiallarla birlikdə kagız daşıyıcıda Məcəllənin 429.6.2.3-cü maddəsində nəzərdə tutuldugu müddət ərzində qeydiyyatda oldugu ünvana sifarişli poçtla göndərilib. Ünvan sahibinin ünvanda olmaması səbəbindən Məcəllənin 370.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məktubun ona çatdırılması mümkün olmayıb. Ona görə də Məcəllənin 415. 1.1 maddəsinin tələbinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilib və Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı dayanıb».
Lakin SS225971925AZ ştrix-kodlu zərfin üzərindəki poçt möhürü və Lənkəran Regional Poçt Filialının LRPF-5/2 296 saylı arayışı təsdiq edir ki, həqiqətən Lənkəran DYP bölməsi tərəfindən göndərilən MMX 1231861 saylı elektron protokol Əsgərov Qalib Miraydın ogluna rəsmi olaraq çatdırılıb. Ona görə də inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qəbul edilmiş qərar qanunsuzdur. Bu barədə yenidən Baş Dövlət Yol Polisi İdarəsinə 23.08.2015-ci il tarixli məktubla müraciət edən Qalib Əsgərov qurumdan Baş DYPİ-nin rəis müavini, polkovnik Ramiz Hüseynovun imzası ilə 08.09.2015-ci il tarixli cavab məktubu alıb. Əvvəlki məktubdan forma və məzmunca fərqlənməyən cavab məktubu Əsgərov Qalib Miraydın oglunu hiddətləndirir. Bununla yanaşı haqqında inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qəbul edilmiş qərarın alınmasından ötəri Lənkəran Dövlət Yol Polis bölməsinə 23.08.2015-ci il tarixli ərizə ilə müraciət olunsa da bu günədək həmin xitam qərarını əldə edə bilməyib. Məsələyə münasibət bildirən hüquqşunas Ərşad Hüseynov da bildirdi ki, elektron protokol və ona əlavə edilmiş sənədlər Əsgərov Qalib Miraydın ogluna rəsmi qaydada çatdırıldığı halda Lənkəran Dövlət Yol Polisi Bölməsinin onun haqqında İXM-nin 415.1.1-ci maddəsinə uygun olaraq iş üzrə icraatın dayandırılması barədə qərarın qəbul edilməsi və Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş müddətin axınının dayandırılması qanuna ziddir.
Elmin
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
















