“Bu dəqiqə təpiyi qoyaram...” – Yol polisi-sürücü davası - VİDEO

Bakının Nizami rayonu ərazisində - Babək prospektində yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, insident 10 YP 537 dövlət nömrə nişanlı avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə nişanlı minik avtomobilini saxlamasından sonra baş verib. Belə ki, yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb. Sürücünün bu davranışında təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar. Lakin bu da nəticə verməyib. Sonradan avtomobilin qapıları “atvyorka” ilə açılıb və sürücü polis bölməsinə aparılıb. Hadisə şahidlərinin göndərdikləri videonu təqdim edirik:
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













