Bu gün intihar edən 18 yaşlı Könülün fotosu yayıldı: İki gün sonra... - FOTO

Bu gün səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, K.Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.
İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərdən birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.
Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub.
Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.
Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.
K.Misirlinin iki gün sonra, martın 31-də 18 yaşı tamam olacaqdı.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












