“Sədərək”də sürücülərə sərt nəzarət başladı: Kütləvi cərimələr yazılır - VİDEO

İllərdir sürücülərin “Sədərək” Ticarət Mərkəzinin ərazisində yol hərəkəti qaydalarını kütləvi şəkildə pozması müşahidə olunur. Bir çox sürücü ticarət mərkəzinin ərazisində yol hərəkəti qaydalarına əməl etməyin vacib olmadığını düşünür. Halbuki bu ərazi ümumi istifadədə olan yol sahəsi olduğundan burada yol hərəkəti qaydalarının tələbləri tam şəkildə tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, qayda pozuntularının qarşısının alınması və hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə nəzarət kameraları quraşdırılıb.
Artıq svetoforun qırmızı işığında hərəkəti davam etdirən, həmçinin “Stop” xəttinin tələblərinə məhəl qoymayan sürücülərin avtomatik şəkildə aşkarlanaraq məsuliyyətə cəlb edilməsi həyata keçirilir.
Qeyd edək ki, ərazinin ticarət mərkəzinə aid olması sürücüyə yol hərəkəti qaydalarını pozmaq üçün hər hansı üstünlük və ya istisna vermir.
Fərid
Motosikletə məhəl qoymayan sürücü qəza şəraiti yaratdı - VİDEO
Piyada keçidindən qaçaraq keçən şəxsi yük maşını vurdu - VİDEO
Ötmə qaydasını pozan sürücü qarşıdan gələn maşını təhlükə qarşısında qoydu - VİDEO
Qəza şəraiti yaratdı, üstəlik xoşagəlməz sözlər işlətdi - VİDEO
Ən sol zolaqdan birbaşa ən sağa keçib təhlükə yaratdı - 90-PR-726 - VİDEO
Bu halda yaşıl işıqda belə 100 manat cərimə oluna bilərsiniz – XƏBƏRDARLIQ - VİDEO
Qoşa xətdən dönüb yolu kəsən sürücü qəza şəraiti yaratdı - VİDEO
Nə dönmə işığı yandırır, nə güzgüyə baxır: Təhlükə yaradıb özünü haqlı çıxardı - VİDEO
Avtobus zolağına keçmək istəyən sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO
“Changan” əks yola çıxdı, skuter sürücüsü də ondan geri qalmadı - VİDEO
Səbirsiz sürücü əks yola çıxıb qəza təhlükəsi yaratdı - VİDEO










