Bu il 4 yerüstü piyada keçidi inşa edilib, 8-nin tikintisi davam edir - FOTO
Xəbərlər
28 Avqust 2024 12:54

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində paytaxt Bakı şəhərinin zəruri ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə cari il ərzində də bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb və bu istiqamətdə işlər davam etdirilir.
Bakı şəhəri üzrə:
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 8-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
- Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun 3-cü km-də (“Bravo” marketin yaxınlığı) yerüstü piyada keçidinin tikintisi davam edir.
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı – Mərdəkan – Zuğulba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:
- M-2 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşıb.
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
- M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266,6-cı km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
- M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 26,5-ci km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
- M-4 Bakı – Şamaxı – Yevlax avtomobil yolunun 35,6-cı km-də yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
- M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 43-ci km-də, Sabirabad rayonu ərazisində yerləşən piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
- R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də Ağcabədi rayonu ərazisində yerüstü piyada keçidinin tikintisi yekunlaşmaq üzrədir.
Oxunub : 678
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ


















