Bu il 60-dan çox şəhid və qazi ailəsinin evinə qaz çəkilib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İsteshalat Birliyinə ötən ilin sonundan və bu ilin əvvəlindən bu günədək şəhid ailələri, 1-ci Qarabağ və Vətən Müharibəsi qaziləri tərəfindən çoxku sayda müraciət daxil olub.
Report-un "Azəriqaz"a istinadən verdiyi məlumata görə, müraciətlər sırasında həm qaz çəkilişi, həm də qaz xətlərinin yerinin dəyişdirilməsi kimi məsələlər öz əksini tapır. Bakı şəhəri, eləcə də ölkənin müxtəlif bölgələrindən “Azəriqaz” İB-yə daxil olan şəhid və qazi ailələrinin müraciətləri əsasında daxili imkanlar hesabına 2021-ci ilin 3 ayı ərzində 67 fərdi yaşayış evi qazlaşdırılıb. 44 fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yeri isə müraciət edən şəxsin istəyinə uyğun olaraq dəyişdirilib. Bu müraciətlər həm yazılı şəkildə, həm də Birliyin sosial şəbəkə ünvanlarına daxil olub. Araşdırılıb, baxış keçirilib, layihə işləri icra olunub və müraciət təmin edilib. Son belə müraciətlərdən biri də Gəncə şəhərindən Vətən Müharibəsinin qazisi Hüseyn İsmayılzadə tərəfindən ünvanlanıb. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 2-də isə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Qazinin evi mövcud daşıyıcı qaz xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq dərhal mal-material tədarük edilməklə qazlaşma reallaşdırılıb.
Quba rayonunun Əlbəyqışlaq kənd sakini Yafət Əhmədovun oğlu Rəvan Əhmədov Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaətlə döyüşərək qəhramanlıq göstərib və şəhidlik zirvəsinə yüksəlib. Şəhidin atasının müraciəti cavabsız qalmayıb. Onların fərdi yaşayış evi tez bir zamanda qazlaşdırılıb.
Şəhid və qazi ailələrinin yaşadığı və təbii qazdan istifadə etməyən yeni yaşayış massivlərində daxili imkanlar hesabına küçə qaz xətlərinin çəkilməsi işləri də aparılır. Bununla da həmin ərazidə yaşayan digər sakinlər də təbii qazdan istifadə etmək imkanı əldə ediblər.

Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












