Bu il altı minə yaxın keçmiş məcburi köçkün Xocalı və Ağdərənin kəndlərinə qayıdacaq

Bu ilin köç planına uyğun olaraq, Ağdərə və Xocalı rayonlarının 16 yaşayış məntəqəsində tikinti-bərpa işləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsində deyib.
Onun sözlərinə görə, 2025-ci ilin köç planına əsasən, Xocalı rayonunun səkkiz kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad və Şuşakənd) və Ağdərə rayonunun səkkiz kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Dəmirli, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri başa çatdıqdan sonra mərhələli şəkildə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi həyata keçiriləcək:
"Təxminən altı minə yaxın məcburi köçkün könüllülük prinsipləri əsasında öz doğma ata-baba yurdlarına köçürüləcək. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı digər müvafiq işlər aparılır".
S.Qəhrəmanov onu da xatırladıb ki, Xocalı şəhəri və Ballıca kəndinə, Ağdərə rayonunun Suqovuşan, Həsənriz, Talış kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı artıq təmin edilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












