Bu il Bakı Limanında aşırılımış yüklərin həcmi açıqlanıb

ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) üzvləri Bakı Limanına səfər ediblər.
Bu barədə Avtosfer.az Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən xəbər verir.
Məlumata görə, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olan qonaqlar, iş prosesi ilə yerində tanış olub, Bakı Limanının Baş direktoru Taleh Ziyadovla görüşüblər.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta və Türkmənistandakı sabiq səfiri Riçard Hoqland və elmi dairələrin nümayəndələrindən ibarət olan nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, 2020-ci ildə koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq Bakı Limanı böyük uğurlar əldə edib. Beləki, ötən il limanda ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olubdur ki, bu da 2019-ci ilin müvafiq göstəricisindən 20 % çoxdur.
Bu ilin ilk 3 ayında isə, ümumi yükaşırmanın həcmi 1,4 milyon tondan çox olub və bu da, 2020-ci ilin müvafiq göstəricisinə nisbətdə 17 %-ə yaxın artım deməkdir.
Eyni zamanda qonaqların diqqətinə çatdırılıb ki, Bakı Limanı Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ilə sıx əməkdaşlıq edir və ötən dövrdə Bakı Limanı “Xəzər Siyasət Mərkəzi”nin təşkilatçılığı, “Blue Dot Network”un təşəbbüsü ilə həyata keçirilən Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda da uğurlu şəkildə iştirak edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












