Bu il istehsal edilən sənaye məhsulunun həcmi 37 milyard manatı ötüb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən cari ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 8 faiz artıb. Sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artıb.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 73,6 faiz, əczaçılıq məhsullarının istehsalı 69,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 49,9 faiz, elektrik avadanlıqlarının istehsalı 33,9 faiz, mebel istehsalı 33,3 faiz, tikinti materiallarının istehsalı 30,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,5 faiz, içkilərin istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kağız və karton istehsalı 5,2 faiz, geyim istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 1,3 faiz artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,3 faiz, poliqrafiya məhsullarının istehsalı 20 faiz, maşın və avadanlıqların istehsalı 28,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 45,2 faiz, sair sənaye məhsullarının istehsalı isə 50,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,7 faiz artıb.
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb
Lökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO








