Bu küçədəki vəziyyət müzakirə yaratdı - FOTO

Bakının Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsindəki vəziyyət müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Görüntülərdən yolun kənarındakı səkidə çəpər çəkildiyi və piyadaların istifadəsi üçün çox az yerin qaldığı görünür.
Bundan başqa, sözügedən küçədə asfaltlama işlərinin ağacların dibinə qədər aparıldığını da görmək mümkündür.
Ağacların vəziyyəti ilə bağlı Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, problem artıq həll olunub:
“Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən ağacların ətrafı asfaltdan təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.”
Səki ilə əlaqədar məsələ haqda isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişik. Cavabdeh qurumdan gün ərzində açıqlama veriləcəyi gözlənilir.
Ağacların dibi təmizlənəndən sonra ərazidəki vəziyyət:
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















