Bu liseylərin direktorları vəzifələrindən azad edildi - YENİLƏNİB

Bakıda iki liseyin direktoru işdən çıxarılıb.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.
Onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.
Direktor vəzifəsinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Tariyel Talıbov 1993-cü ildən Fizika, riyaziyyat və informatika təmayüllü liseyə rəhbərlik edirdi.
***
Avtosfer.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında hər iki şəxslə görüşdüyünü yazıb:
“Ötən həftəsonu Əməkdar müəllim, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel müəllim və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran müəllimlə görüşdüm. Çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vuran bu dəyərli təhsil işçiləri rəhbəri olduqları müəssisələrin inkişafı, keyfiyyətli tədrisin təşkili üçün uzun illər səy göstəriblər. Təsadüfi deyil ki, hər iki lisey şagirdlərinin təhsil nailiyyətləri ilə fərqlənən müəssisələrdəndir.
Tariyel müəllim və Kamran müəllimə təhsil sahəsindəki fəaliyyətlərinə görə bir daha təşəkkürümü bildirir, onlara can sağlığı və gələcək işlərində uğurlar arzulayıram”.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












