Bu mağazalarda saxta araqlar satılırmış - FOTOLAR

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir şəhərinin Puşkin küçəsi, ev 20 ünvanında alkoqollu içkilərin satışı mağazasında və Xocalı küçəsi, ev 6 ünvanında qida məshullarının satışı mağazasında saxta alkoqollu içkilər müəyyən edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, hər iki mağazada içkilərin etiketində istehsalçı adı, ünvanı, VÖEN və s. barədə məlumatların qeyd edilmədiyi, müvafiq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb.
Mağazalarda aşkarlanan “Настояшая”, “Forest Line Organic”, “Kapitan”, “Organic Marka”, “Native Nectar”, “Qərbi Azərbaycan”, “Brend Line” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışının qadağan olunması və dövriyyədən çıxarılması barədə qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Materialların hüquq-mühafizə orqanlarına göndərilməsi nəzərdə tutulub.




Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












