Bu marşrutlar da kartla ödənişə keçdi

Bu gündən etibarən “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan 592 və 567 saylı marşrut xətlərində kartla ödəniş sistemi (BakıKart) tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, bununla əlaqədar marşrut xəttinin keçdiyi ərazilərdə bir neçə ödəniş aparatı quraşdırılıb. Həmçinin sonuncu dayanacaq məntəqələrindəki dispetçerə (Qobu və Goradil qəsəbələrində) kart yükləmə problemi ilə üzləşən sərnişinlərə kömək etməsi məqsədilə post-terminallar təqdim edilib.
Qeyd edək ki, 567 və 592 saylı marşrut xəttləri üzrə avtobuslardan hər gün 35-40 min nəfərədək sərnişin istifadə edir. Bu xəttlərin kart sisteminə qoşulması sərnişinlərin rahatlığı və xidmət keyfiyyətinin yüksəldilməsi ilə yanaşı maliyyə şəffaflığı və elektron ödənişlərin təşviqi baxımından da çox əhəmiyyətlidir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












