Bu məhkəmələrə xanım sədrlər təyin olundu - FOTO

Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamında qeyd olunub.
Sərəncama əsasən, Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2011-2017-ci illərdə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-2018 Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-2018-ci illərdə Naxçıvan Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021-ci ildən isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












