Bu ölkədə istirahət günləri komendant saatı tədbiq edilir

Rumıniyada koronavirusun yayılmasına qarşı yeni məhdudiyyətlər tətbiq olunub.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, 14 gün ərzində virusa yoluxma hallarının 1000 nəfər əhaliyə görə dörd hadisəni keçdiyi yaşayış məntəqələrində həftə sonları əvvəlki 22:00-in əvəzinə 20:00-dan etibarən komendant saatı tətbiq olunur. İstisna sakinlərin peşə fəaliyyətləri, tibbi məqsədlər, xəstə və ya yaşlı insanlara köməklə əlaqədar çıxışlardı. Çatdırma ilə işləyən mağazalar, apteklər və yanacaqdoldurma məntəqələri xaricində bütün obyektlər saat 21:00 əvəzinə 18:00-da bağlanacaq.
Son məlumatlara əsasən, sutka ərzində ölkədə 5 869 nəfər koronavirusa yoluxub və 162 nəfər ölüb. Ümumilikdə, Rumıniyada pandemiya başlayandan 932 199 bu virusa yoluxma halı qeydə alınıb, 834 162 nəfər sağalıb, 22 997 nəfər dünyasını dəyişib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












