Bu ölkələrdə təhsil alan tələbələrin diplomu tanınıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. Agentlikdən bildirilib ki, aprel ayı üzrə 399 müraciətçinin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbindən 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 123, Türkiyədən 90, Ukraynadan 82, Böyük Britaniyadan 29, Gürcüstandan 19, Çindən 8, İtaliyadan 7, Polşadan 6, Macarıstandan 4, ABŞ-dan 3, İsveçrədən 3, Almaniyadan 2 2, Əfqanıstandan 2, Kanadadan 2, Niderlanddan 2, Qırğızıstandan 2, Avstraliya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Çexiya, Estoniya, Hindistan, İspaniya, Şimali Kipr Türk Respublikası, Koreya Respublikası, Litva, Norveç, Özbəkistan, Rumıniya və Şimali Makedoniya Respublikasından hər bir ölkə üzrə 1 müraciətin olduğu müşahidə edilir.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınıb.
Sənədlərə baxılma müddəti orta hesabla 16 iş günü təşkil edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












