Bu peyvənd dozlarının ixracı müvəqqəti dayandırılıb

Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmuş “AstraZeneca“ peyvənd dozlarının ixracı hələlik qadağan edilib.
Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton bu barədə məlumat verib. Bildirib ki, bu qayda konsernin peyvənd dozlarının çatdırılmasına dair öhdəliklərini yerinə yetirənə qədər qüvvədə olacaq. Komissar, həmçinin qeyd edib ki, digər istehsalçılar peyvəndlərin çatdırılmasına dair öhdəliklərini nəzərdə tutulmuş vaxt planı üzrə yerinə yetirirlər. Lakin Aİ “AstraZeneca“ konserni ilə problemlər yaşayır, belə ki, istehsalatda yaranmış ləngimələrə görə, şirkət çatdırmalı olduğu məhsulun həcmini kəskin şəkildə aşağı salıb.
Aİ məkanında peyvənd istehsalını sürətləndirmək üçün Avropa Dərman Agentliyi (EMA) iki yeni istehsalat müəssisəsinə “yaşıl işıq” yandırıb. Almaniyanın Marburq şəhərindəki müəssisə “BioNTech/Pfizer“ peyvəndini, Niderland Krallığının “Halix“ şirkəti isə “AstraZeneca“ istehsal edəcək. Hər iki müəssisədə indiyədək peyvəndlər istehsal olunsa da, müvafiq Avropa lisenziyası almadıqlarına görə, peyvənd dozları anbarlarda saxlanılırdı. Aİ səhiyyə komissarı Stella Kiriakides hər iki müəssisəyə verilən icazəni yüksək qiymətləndirib və peyvənd çatışmazlığının aradan qaldırılmasına töhfə verəcəyini bildirib. Hesab olunur ki, bu yolla “AstraZeneca“ şirkətinin Aİ qarşısında götürdüyü öhdəliyin bir qismi təmin olunacaq.
Qeyd edilməlidir ki, İtaliyada anbarların birində aşkarlanan 29 milyon doz “AstraZeneca“ peyvəndi hazırda Aİ qurumları və şirkət arasında münasibətləri gərginləşdirib. Aİ-nin peyvənd dozaları ilə təminatında ləngimələr yaşayan şirkətin bu miqdarda peyvəndi Böyük Britaniyaya ixrac etməyə hazırlaşması ciddi narazılıq doğurub./AzerTAC
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












