Bu postda sürücü sağa da gedir saxlayırlar, sola da - ŞİKAYƏT

DYP əməkdaşının qanunsuz hərəkəti barədə moderator.az-a növbəti şikayət məktubu daxil olub. 32 BC 001 nömrəli BMW markalı avtomobilin sürücüsü Misirov Qabil Vahid oğlu Şəmkir postundakı polis əməkdaşı Razim Orucovdan şikayətçidir. Q.Misirov deyir ki, Göygöl rayonunda yaşayır və tez - tez yolu adıçəkilən postdan düşür. Heç bir səbəb olmadan həmin DYP əməkdaşı onun avtomobilini saxlayır, sənədləri dönə - dönə yoxlayır, bezdirici hərəkətlərlə onu emosionallığa, çılğınlıq göstərməyə təhrik edir. Dəfələrlə bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə şikayət etmək istəsə də hirsi soyandan sonra bu fikrindən daşınıb.
Amma bir neçə gün öncə təsadüfən ona məxsus avtomobili yaxın dostu idarə edərkən həmin postda yenə sanki sifarişli yoxlama prosesi təkrarlanıb, bu barədə dostu İ.Misirova zəng vuraraq ona vəziyyəti bildirib. Q.Misirov deyir ki, o dərhal başqa bir avtomobilə oturaraq hadisə yerinə gəlsə də, buna qədər DYP əməkdaşı ilə dostu "dil tapır" və avtomobili postdan götürərək Gəncəyə doğru hərəkət edir. Amma Q.Misirov bu cür minnətli razılaşmanı qəbul etmir və həmin posta gələrək Razim Orucovdan bir az öncə dostu ilə necə «dil tapmasını» soruşur, niyə kameranın altında olmasına baxmayaraq belə qanunsuzluq etdiyini bildirir və elə oradan da «102» xidmətinə zəng vuraraq şikayətini rəsmiləşdirir. Amma bundan sonra da məsələ ilə bağlı hər hansı kəsərli addım atıılmır, yalnız Q.Misirov Göygöl DYP-yə dəvət olunaraq olayın necə bas verməsi dinlənilir, bununla da iş bitmiş hesab olunur.
Mövzuya qayıdacağıq və Baş Dövlət Yol Polisi İdarəsindən həmin polis əməkdaşı barəsində hansı tədbirin görülməsini öyrənərək oxucularla paylaşacağıq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










