“Bu praktikamda ilk dəfədir” - İlham Əliyev

“Nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Əvvəlcə bu görüşün keçirilməsi təşəbbüsünə görə Özbəkistan Prezidentinə təşəkkür etmək istərdim. Qeyd edim ki, mənim praktikamda belə görüşlər heç vaxt olmayıb. Rəsmi səfərlər çərçivəsində biznes forumlarında iştirak etdiyim, yaxud xarici dövlət başçılarının səfərləri zamanı Bakıda biznes forumlarının keçirildiyi hallar olub, amma bir qayda olaraq onlar dövlət başçılarının hansısa qısa nitqlərlə müraciət etmələri ilə məhdudlaşıb, sonra çıxıb gediblər, biznes-forum isə öz axarı ilə davam edib. Prinsipcə, bu günlərdə Daşkənddə keçirilən biznes-forum layihələrlə çox zəngin olub. Amma nisbətən məhdud tərkibdə iki ölkənin işgüzar dairələrinin əsas nümayəndələrinin belə bir görüşü mənim praktikamda ilk dəfədir keçirilir. Ona görə də bundan başlamaq və Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istəyirəm”, – ölkə başçısı bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












