“Bu, rəsmi qaydada təsdiqlənib” - ADY-dən iddialara cavab

Gəncədən qatarla Bakıya gəlmək istəyən bir ailənin nəqliyyat vasitəsindən endirilməsi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gününsəsi.info məlumat yayıb.
Bildirilir ki, Bakıdan Gəncəyə istirahətə gedən ailə paytaxta qayıdan zaman uşaqlardan birinin şəxsiyyət vəsiqəsinin müddətinin bitməsinə görə qatardan endirilib.
Məsələ ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük baqajının daşınması qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 iyul tarixli 352 nömrəli Qərarı ilə təsdiq edilib.
Qaydalara əsasən, rayonlararası (şəhərlərarası) sərnişin qatarlarına gediş sənədi (bilet) şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, hərbi bilet, şəxsiyyəti müvəqqəti təsdiq edən digər sənəd, 15 yaşınadək uşaqlara doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi), gedişhaqqını ödəməyən və ya güzəştli şərtlərlə ödəyən şəxslərə isə əlavə olaraq bu hüququ verən müvafiq sənədin məlumatları əsasında rəsmiləşdirilir.
Şəhərətrafı qatarlarda isə sərnişinlərdən şəxsiyyəti təsdiq edən hər hansı sənəd tələb edilmir.
Həmçinin Azərbaycan Prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, sərnişinlərə "My.gov.az" portalında qeydiyyatdan keçərək elektron şəxsiyyət vəsiqəsindən istifadə imkanı da yaradılıb. Portaldakı vəsiqə şəxsiyyət vəsiqəsinin əslinə bərabərdir”.
Qurumdan, həmçinin bildirilib ki, portalda qeydiyyatdan keçən hər bir vətəndaş qatara daxil olan zaman şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmaq üçün təqdim edə bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












