Bu Rusiya aviaşirkətləri Azərbaycana uçuşları ləğv etdi

Rusiyanın "İrAero", "Ural Airlines" və "UTair" aviaşirkətlərinin Azərbaycana Ufa, Samara, Vladiqafqaz, Saratov, Nijni Novqorod və Soçidən reysləri ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, "UTair" Ufa və Samaradan Bakıya uçuşlarını ləğv edib. Sərnişinlər artıq SMS vasitəsilə ləğv barədə bildirişlər almağa başlayıblar. Uçuşlar hələ də rezervasiya sistemindədir, lakin onların biletlərini ən azı yanvarın sonuna qədər almaq mümkün deyil.
Eyni zamanda, "UTair"in Moskva, Sankt-Peterburq, Tümen və Surqutdan Bakıya reysləri təxirə saxlanılır.
"İrAero" Vladiqafqaz, Saratov və Nijni Novqoroddan Bakıya uçuşları cədvəldən çıxarıb. Onların biletləri rezervasiya sistemindən tamamilə silinib. "İrAero"nun Moskva, Kazan, Perm, Novosibirsk və Krasnoyarskdan Bakıya uçuşları davam edir.
"Ural Hava Yolları" Soçidən uçuşları təxirə salıb. Moskva və Yekaterinburqdan Bakıya reyslərin davam edir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Azərbaycan tərəfi Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşlarını dayandırıb: "Deməli, toplam 10 şəhərlə bizim hava bağlantımız indi dayandırılıb və yenə də deyirəm, burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır. Biz sərnişinlərimizin təhlükəsizliyini həmişə ön sırada olan məsələ kimi qəbul etmişik və beləliklə, bu vəziyyət elan edildi. Biz nəyi ediriksə açıq-aydın edirik və yenə də deyirəm, bu qərar qəbul edildi və nə vaxt bu uçuşlar bərpa ediləcək, yoxsa yox, xüsusilə Qroznı şəhərinə bərpa ediləcək, yoxsa yox? Çox güman ki, yox. Amma bunu həyat göstərər və Rusiya hava məkanının təhlükəsizlik məsələləri də əlbəttə ki, nəzərə alınacaqdır".
(unikal)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












