Bu tarixdə kommunal limitlər ləğv edilə bilər - AÇIQLAMA

Məsələ ilə bağlı deputat Vahid Əhmədov açıqlama verib.
O bildirib ki, bu məsələ mütləq müzakirə obyektinə çevrilməlidir:
"Bununla bağlı hazırda bir söz demək çox çətindir. Çünki bu məsələ müzakirə olunmayıb, mən də bu məsələ ilə bağlı fikir bildirməmişəm.
Ola bilər ki, müəyyən qurumlarla danışmağa ehtiyac var. Mən bu fikirlə razıyam. Çünki artıq qarşıdan qış gəlir və o limit kifayət qədər çox deyil.
İnsanların büdcəsi üçün bu, çox ziyandır. Əlbəttə ki, ehtiyac varsa, o limitə baxılmalıdır. Amma nəzərinizə çatdırım ki, biz 2022-ci ilin dövlət büdcəsini müzakirə edəcəyik. Orada sosial paket çox güclüdür. Lakin o paketdə nəyin olub-olmamasından xəbərdar deyiləm. Çox güman ki. müzakirələrdə bu məsələlərə biz toxunacağıq.
Ümümiyyətlə, limitin aşağı olduğu barədə fikirlərlə razıyam. Çünki qış aylarında əksər evlərdə kifayət qədər kombi istifadə olunduğu üçün o limit çox azdır. Kombilər kifayət qədər enerji sərf etdiyinə görə verilən limitin öhdəsindən heç bir ailə gələ bilməz"./sonxeber.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












