Bu tarixdən kəskin soyuqlar düşəcək, qar yağacaq

Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
Avtosfer.az Konkret.az-a istinadən xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
"Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11-20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür".
C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə "yalançı bahar" və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
"Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır".
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












