Bu uşaqların müavinəti kəsiləcək? - "Qaçqınkom"dan AÇIQLAMA

Bəzi media subyektləri “2025-ci ilin 1 iyun tarixindən etibarən 18 yaşı tamam olmamış və valideyinlərindən biri məcburi köçkün olmayan şəxslərin vahid aylıq müavinətləri (“çörəkpulu”) kəsiləcək” məzmunlu informasiya yayıblar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib. Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir.
Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət verilmir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır. Mütəmadi dürüstləşdirmə aparılarkən uşağın valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmadıqda, ona vahid aylıq müavinət ödənilmir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











