Bu yol sürücü və piyadalar üçün təhlükəlidir - VİDEO

Paytaxtın Buzovna-Bilgəh yolunda sürət həddi yüksək olmasına baxmayaraq, piyada keçidləri çox uzaqdadır. Vətəndaşlar dəmir arakəsmələrin üzərindən keçməklə qarşı yola çıxırlar. Saatda 120 kilometr sürət tətbiq edilən yolda vətəndaşlar qarşı tərəfə bu cür keçirlər. Sözügedən ərazi paytaxtın Xəzər rayonu Buzovna-Bilgəh yolunun Buzovna qəsəbəsinə giriş hissəsidir. Ərazidə yaşayan sakinlər deyir ki, əvvələr bu yolda piyada zolağı olub. Ancaqsonradan piyada zolağı silinərək yol dəmir arakəsmələrlə bağlanıb. Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də bu yolda sürücü və piyadalar üçün təhlükə olduğunun şahidi olduq.Vətəndaşlar qarşı tərəfə dəmir arakəsmələrin üzərindən keçməklə gedirdilər. Cunku ən yaxın piyada kecidi -800-900 metr uzaqlıqdadır.
Ərazidə yaşayış evlərin və məktəbin olması qəza rıskını daha da artırır. Bununla yanaşı, yolun hər iki tərəfində avtobus dayancağı da qoyulub. Avtobusdan düşən sərinişinlər yolu keçməkdə çətinlik çəkirlər. Elə bunu sürücülər də etiraf edir.
Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətindən bildirildi ki, ümumilikdə paytaxt yollarında piyada keçidlərinin tikilməsi ilə bağlı Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komısiyasına təkliflər verilib. Artıq 12 piyada keçidinin tikintisinə start verilib. Həmin yolun üzərində də piyada keçidinin tikilməsi nəzərdə tutulur.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












