Bu yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Aeroport şosesinin hər iki istiqamətində saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 21 fevral tarixində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək.
Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək Hava limanı yolundan (Hava limanı körpüsündən "Koroğlu" metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.
Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.
Qeyd olunub ki, məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












