Bu yolda qəza baş verib; kimdir günahkar?

Bakı şəhər sakini Sədi Hacıyev yol qəzasına uğrayıb. Bu barədə o özü Avtosfer.az saytına məlumat verib. Bildirir ki, hadisə Köhnə Günəşli qəsəbəsi ərazisində, Abbas Fətullayev Küçəsi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində qeydə alınıb. Oxucmuz bu qəza ilə bağlı vəziyyətin qarışıq olduğunu və günahkar tərəfin müəyyənləşdirilməsinin çətinləşdiyini deyir: «Bir nəçə gün öncə orada qəza olub. Zərər kiçik olduğu üçün öz aramızda razılığa gəldik və sığortanı çağıdıq. Sığortaçı da gəlib şəkilləri çəkdi, qeydiyyata alıb getdi. Sonrası gün sığortaya getdikdə bizə dedilər ki, hər bir halda əgər orıda hec bir nişan yoxdursa, o kəsişmədə hər iki yol ikinci dərəcəlidir və sağdan gələn maşın mütləq solu buraxmalidir. Sizə həmin kəsişmənin şəklini göndərirəm. Bizim mahın şəkildə «Toyota Camry» və «Mercedes 190» çıxan yerdən sola dönürdü, o biri maşın da «Honda»nın getdiyi istiqamətdə düzünə gedirdi. Bu yolda da heç bir nişan yoxdur. Bu halda qanunla kim günahkar olur?».
Oxucunun bu sualına yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov cavab verib. O bildirib ki, əgər məsələ həqiqətən də Sədi Hacıyevin dediyi kimidirsə, o zaman şəkildəki «Honda» «Toyota»ya yol verməlidir: «Yol verməzsə, deməli günahkardır. Amma başqa nüanslar da ola bilər, ona görə də müvafiq sənədlərlə tanış olaraq daha konkret fikir bildirmək olar».
Nurlan
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












