“Bu yollar maşınlarımıza da, özümüzə də qənim kəsilib” - FOTO

Qazax rayonunun Kosalar kənd sakinləri AzadlıqRadiosuna kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətləniblər. Avtosfer.az-ın məlumatına görə, Kosalar kəndində yaşayan azı 2000 ailə illərdir ki, kənd yollarında əziyyət çəkir: “Kəndin mərkəzi ilə yenə çəkilmiş İpək Yolu arasındakı məsafə 4 kilometrdir. Kənd əhalisinin sayı son qeydiyyatlara görə, təqribən 7000 nəfərdir. Bu, hələ sadəcə qeydiyyatda olanlardır. Kəndə son dəfə asfalt çəkilişi sovet dövründə olub. Artıq neçə ildir ki, kəndimizin yolları bərbad gündədir. Maşın sürmək bir kənara qalsın, adicə ayaqla yol getmək belə imkansızdır. Bilmirik ki, problem niyə həll olunmur.
Son bir neçə ildə yolumuzu buldozerlə guya təmir ediblər. Ancaq olan-qalan yolu daha da pis günə qoyublar. Yay günlərində tozlu havada kəndin yollarında getmək çəkilməzdir. Bu hal kənddə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. Dəfələrlə kənd icra nümayəndəsinə şikayət etsək də bir nəticəsi olmayıb”.
Kənd sakini Hidayət Məmmədovun sözlərinə görə, bu yollardan ikicə dəfə ötüb keçdinsə, kifayət edir ki, maşın təmir sexinə getsin: “Yollar çala-çuxurdur, yağış yağanda həmin çuxurlar su ilə dolur və çuxur görünməz olur. Maşın düşür dərin çuxura, mühərrik dağılır, təkərlər pis günə qalır və sair”.
Başqa sakin Eltimad Müslümov: “Bu yollar maşınlarımıza da, özümüzə də qənim kəsilib”.
Bir neçə yaşayış məntəqəsini birləşdirən yollarda daha çox əziyyət məktəblilərə düşür. Bu üzdən də kənd sakini Töhfə Süleymanova övladlarını məktəbə buraxmır: “Uşaq səhər evdən çıxır, 2 saatdan sonra üst-başı palçıqlı geri dönür. Geyimini yuyuram, qış vaxtı, həm də istilik olmadığından günlərlə qurutmaq mümkün deyil. Elə evdə otursalar yaxşıdır...”
Qazax Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda yolların təmiri ilə bağlı layihələr həyata keçirilir: “Bu işlər növbəli qaydada görülür. Yaxın gələcəkdə qeyd olunan yollar da düzəldiləcək. Kənd yolları da təmir olunur. O yol da dövlət proqramına daxildir. Yaxın vaxtlarda Kosalar-Qazax magistral yolunun təmirinə, asfalt çəkilişinə başlanacaq”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ












