Bu yolu keçmək piyadalar üçün təhlükə yaradır - VİDEO

Bakı-Şamaxı yolunun 113-115-ci kilometrliyi, daha dəqiqi, Binəqədi rayonu ''Sulutəpə'' dairəsi yaxınlığında yolu keçmək piyadalar üçün təhlükə yaradır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gecə yolu keçmək sözün əsl mənasında müşkülə çevrilib. Sakinlərin sözlərinə görə, yolda işıqlanma da olmadığından yağışlı havada yolu keçmək olduqca təhlükəlidir. Sözügedən yolda ən çox hərəkət edən iritutumlu yük avtomobillərini də nəzərə alsaq,vəziyyət daha da acnacaqlıdır.
Ərazidə dayanmış taksi sürücülərinin sözlərinə görə, çox vaxt yaşlı insanları və uşaqları gecə vaxtı onlar keçirir. Çəkliş apardığımız müddətdə də şahidi olduq ki, gecə ''Sulutəpə'' dairəsi yaxınlığından yolu keçmək mümkün deyil. Yolun ''Sulutəpə'' dairəsi yaxınlığından ''Hökməli'' dairəsinə qədər ərazi, Binəqədi və Abşeron rayonlarına düşür. Sakinlərin istəyi aidiyatı qrumlardan ərazinin işıqla təmin edilməsidir.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirdi ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












