"Bugünkü tələbə izdihamı yoluxmaların artmasına səbəb olacaq" - AÇIQLAMA

Məlumdur ki, bu gün bütün ali məktəblərdə ilk dərs günü idi. Bir il altı aydan sonra ilk dəfə bütün tələbələr əyani formada dərsə gedə bildi. Bu, bir tərəfdən tələbələri sevindirsə də, digər tərəfdən böyük narahatlığa səbəb olub. Çünki avtobus, metro, xüsusilə də universitetlərin girişində böyük tələbə izdihamı yaranıb. Pandemiya şəraitinə uyğun olaraq tələbələri virusa yoluxmaqdan qorumaq üçün maska, ara məsafəsi və COVİD-19 pasportu tələb olunsa da, təəssüf ki, universitetlərdə bu qaydalara tam olaraq riyaət etmək mümkün olmayıb.
Bəs bu izdiham koronavirusa yoluxanların sayının artmasına səbəb ola bilər?
Mövzu ilə bağlı infeksionist Vüqar Cavadzadə Bakıvaxtı.az-a danışıb:
"Bu gün universitetlərin girişində böyük izdiham yaşandığını müşahidə etdik. Çünki tələbələrdə COVİD-19 pasportunun olub olmaması yoxlanılır. Bu da çox sayda tələbənin növbədə gözləməsinə səbəb olub. Təbii ki, COVİD-19 pasportu yoxlanmalıdır, bu operativ qərargahın qərarıdır. Tələbələr də bunu anlamalı, maska taxmalı və sosial məsafə saxlamalıdırlar. Ancaq görürük ki, bu gün tələbələr qaydalara riyaət etməyib. Ona görə də, bugünkü tələbə izdihamının yoluxmaların artmasına səbəb olacağanı hesab edirəm".
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












