Bugünkü yanğında ölən şəxs tanınmış stilistin dayısıdır

Bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında baş verən dəhşətli yanğın zamanı vəfat edən şəxs Xalq artisti Ramiz Novruzun qohumu imiş.
Avtosfer.az xəbər verir ki, bu haqda R.Novruzun qızı, stilist Şəfəq Novruzova məlumat yayıb.
O qeyd edib ki, yanğında dünyasını dəyişən şəxs - 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov onun dayısıdır: “Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm, xəbəri anama necə deyim”.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












