“Bura Azərbaycanın Parisi olacaq” - “Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportaj - FOTO

Azərbaycan işğaldan azad edilmiş bölgələrdə hərtərəfli yenidənqurma və inkişaf layihələri həyata keçirir.
Bu barədə “Haber Global”ın Zəngilanla bağlı təqdim etdiyi reportajda deyilir.
Rayonda yeni yollar salan, elektrik stansiyaları tikən, dağıdılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üzərində işləyir.
Bölgədəki bütün layihələrdə Azərbaycanın yanında olan Türkiyə prioritet sahələrdən biri olan aqrar sektorun inkişafına dəstəyini davam etdirir. Bu çərçivədə, işğaldan azad edilmiş Zəngilanda Türkiyə şirkətlərinin də iştirakı ilə kənd təsərrüfatı işlərinin müasir texnologiyalarla həyata keçirilməsini nəzərdə tutan park qurulur.
İşlərin fasiləsiz davam etdiyi aqroparkda əkin sahələri, istixanalar, mal-qara ferması, ət kəsimi məntəqəsi, yem zavodu və meyvə bağları fəaliyyət göstərəcək. Əməkdaşlar üçün yaşayış və istirahət guşələrinin salındığı parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidənin, meşə massivinin salınması və məscidin tikilməsi də nəzərdə tutulub.
Parkda bütün işlər türkiyəli və azərbaycanlı mühəndislər tərəfindən həyata keçirilir.
Parkla bağlı hazırlanan layihənin rəhbəri Yasin Yavuz qeyd edib ki, iki ay əvvəl bura gəlib və bu müddətdə böyük dəyişikliyin şahidi olub.
“Bir-iki il sonra buranı tanımayacaqsınız. Bura Azərbaycanın Parisi olacaq”.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan














