Burada hansı qayda pozuntusundan söhbət gedir? - FOTO

Xəbərlər 18 Noyabr 2014 02:26 Oxunub 1796
Burada hansı qayda pozuntusundan söhbət gedir? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü DYP-dən şikayətlənir, hüquqşünas cavab verir

«Diqqətinizə mənə məxsus avtomobili idarə edərkən oğlum Məmmədli Məhərrəm barədə tərtib olunmuş 791143 saylı protokolu təqdim etmək istəyirəm. Protokol 17 noyabrda Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsində bizə təqdim olunub və İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsinə uyğun müvafiq qərarın qəbul ediləcəyi rəsmi olaraq mənə bildirilib». Bu fikirlər Avtosfer.az-ın daimi oxucusu Yaşar Məmmədova məxsusdur. O saytımıza müraciətində bildirib ki, qayda pozuntusu olaraq göstərilir ki, «Sürücü avtomaşını idarə edərkən Bakı-Qazax yolunun 306-cı km-də sürücü avtomaşını əks istiqamətinə çıxmadan ötmə edib. Protokol raport əsasında tərtib olunub» Protokolda eyni zamanda göstərilir ki, güya sürücü kamera qarşısında protokolu imza etməkdən imtina etdi».

Yaşar Məmmədov soruşur ki, burada hansı qayda pozuntusundan söhbət gedir? Əks hərəkət zolağına çıxmayıbsa, onda sürücü nəyi səhv edib: «Bu protokolun həqiqətən də, DYP əməkdaşı tərəfindən tərtib olunduğu şəxsən məndə şübhə doğurur. Xahiş edirəm bu protokol aydınlaşdırılsın, lazımi video, audio, foto görüntülər təqdim olunsun. Oğlum Məhərrəm belə bir qayda pozuntusuna yol vermədiyini bildirib. Buna baxmayaraq, yolda olan DYP inspektorunun raportuna əsasən protokol yazmağa başlayıblar. Amma sürücünün qətiyyətli etirazını görəndə yenidən hansısa rəislə əlaqə saxlayandan sonra sənədləri qaytarıb "ağıllı" sürməyi məsləhət görüblər. Hadisə 30 oktyabrda olub. Bu gün (dünən-red.) Sumqayıt DYPİ-yə dəvət olunaraq tərtib olunmuş protokol bizə təqdim olundu. Bir daha vurğulamaq istəyirəm ki, protokolda yazılıb ki, sürücü əks hərəkət zolağına çıxmadan ötmə edib. Məsələ ondadır ki, sürücünün yanında protokol yazılmağa başlanıb, amma başa çatdırılmadan sənədlər qaytarılıb. İndi isə təqdim olunan protokolda sürücünün güya imza etməkdən imtina etməsi bildirilir. Protokola əlavə kimi yalnız bir raport var. Mən bu barədə Baş DYPİ-yə və DİN-ə məktub yazıram».

Yol hərəkəti üzrə ekspert, hüqüqşünas Ərşad Hüseynov Yaşar Məmmədovun qaldırdığı məsələyə münasibət bildirib. Hüquqşünasın sözlərinə görə, qayda pozuntusunu bilavasitə görərək aşkar etmiş DYP əməkdaşının raportu əsasında başqa DYP əməkdaşının, o cümlədən postda xidmət edən əmnəkdaşın protokol yazması tam qanunauyğundur. Y.Məmmədovun dediyi xətaya görə də İXM-in 151.1-ci maddəsi ilə 40 manat cərimə nəzərdə tutulur. Bu məsələləri mübahisələndirmək isə vətəndaşın hüququdur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh