Burada körpü tikiləcəkdi, amma yarımçıq qaldı; pul yoxdur FOTOLAR

2013-cü il sentyabrın 6-da Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat nazirliyinə 6 min nəfərdən artıq əhalinin yaşadığı "Babazanan" yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1 milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1 milyon manat ayrılıb. Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi üçün isə 3 milyon manat ayrılıb. Amma bu vaxta qədər heç biri yerinə yetirilməyib.
Belə ki, 6 min nəfərdən artıq əhalinin yaşadığı Babazanan" yaşayış sahəsindən rayon mərkəzinə tikilməsi nəzərdə tutulan körpü, hələ də tamamlanmayıb. Məlumata görə, orada ümumiyyətlə iş prosesi getmir. Bu haqda məlumatı musavat.com-a rayon sakinləri verib. Sakinlərin sözlərinə görə, tikinti bir müddət davam edib. Körpünün bir hissəsi tikilib. Amma yarımçıq şəkildə saxlanılıb. Səbəb kimi də, körpüyə ayrılmış vəsaitin çatmadığı deyilib: “Qəsəbəyə giriş üçün iki yol var. Onlardan birindən artıq istifadə etmirik. Daha doğrusu edə bilmirik. Çünki həddindən artıq bərbad haldadır. Digər yol isə bəndlərin üzəri ilədir. O da digərindən çox da fərqlənmir.
Eşidəndə ki, körpü tikiləcək, çox sevindik. Çünki bu bizim üçün hər cəhətdən yaxşı idi. Yolumuz çox qısalırdı, maşınlarımız dağılmayacaqdı, gediş-gəliş üçün əla şərait idi. Amma uzun zamandır ki, körpünün tikintisi başa çatmayıb. Yarımçıq vəziyyətdə atıb, gediblər. Bir nəfər də işləmir. Körpünün çəkilməsi haqda illərdir danışılırdı. İllər sonra tikməyə başladılar. Onu da axıra kimi tikmədilər. Yəqin daha 10 il də, tikintinin bitməsini gözləməli olacağıq. Çünki ayrılan pullar mənimsənilib. Belə olmasa tikinti dayanmazdı”.
Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi üçün ayrılan 3 milyon manat puldan isə xəbər belə yoxdur. Yol əvvəlki kimi bərbad halqa qalmaqda davam edir. Qışda palçıq, bataqlıq, yayda isə toz-torpaq üzündən sakinlər beziblər: “Belə yol olar? Palçıq, bataqlıq içində qalmışıq. Biabırçılıqdır. 2013-cü ildə buraya yeni yol çəkilməsi üçün 3 milyon manat pul ayrılıb. Bəs hanı o pullar? Hara xərclənib? Kimə xərclənib? Kim o pullarla özünə evlər, villalar alıb? Bunlar nə qədər özbaşınadırlar ki, prezidentin əmrini belə yerinə yetirmirlər. Biz nə vaxta kimi bu vəziyyətdə yaşamalıyıq?”
Ortaya bir neçə sual çıxır. Ayrılan pullar necə xərclənib? Körpünün tikintisi nə üçün dayanıb? Bu və kimi suallara cavab tapmaq isə məsul şəxslərin üzərinə düşür.
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi












