“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cabbar Həşimov” tankeri əsaslı təmir olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə ASCO-dan bildirilib.
Qeyd olunub ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda yüksək keyfiyyətlə aparılıb.
Təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri, əsas göyərtəsi və keçid körpüsü tam təmizlənərək rənglənib. Baş və köməkçi mühərrikləri, nasosları təmir olunub.
Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Maşın şöbəsində və boru sistemlərində təmir işləri görülüb, yararsız hissələr dəyişdirilib, gəmidə elektrik-quraşdırma işləri yerinə yetirilib.
Tankerdə rabitə və elektroradionaviqasiya sahəsinə aid 1 dəst yeni elektron xəritə (ECDİS), 1 dəst maqnit kompas və exolota aid printer quraşdırılıb. Komanda-yayım qurğusu və naviqasiya avadanlıqları təmir olunub.
Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb.
“Cabbar Həşimov” gəmisinin uzunluğu 150 metr, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 12 min tondur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












