CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib

Sentyabrın 28-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin 20-ci iclası keçirilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, videokonfrans formatında təşkil olunan tədbirə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük-xidməti general mayoru Cavad Qasımov sədrlik edib.
İclasda Azərbaycanla yanaşı, CAREC üzv ölkələrinin nümayəndələri, eləcə də Asiya İnkişaf Bankının, Ümumdünya Gömrük Təşkilatının və BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri iştirak ediblər.
Cavad Qasımov Gömrük Əməkdaşlıq Komitəsinin 20-ci iclasını açıq elan edərək bildirib ki, tədbirin əsas məqsədi ticarətin asanlaşdırılması və sərhəd-keçid proseslərində davamlı təchizat zəncirinin təmin edilməsi, pandemiya və postpandemiya dövründə avtomatlaşdırılma prosesləri və innovativ texnologiyalar, kağızsız ticarətin tətbiqinə dair fəaliyyət, “CAREC inteqrasiya edilmiş Ticarət gündəliyi 2030” və onun “2021-2023-cü illər üçün Strateji Fəaliyyət Planı”, eləcə də, digər aidiyyəti məsələlər ətrafında müzakirələrin aparılmasından ibarətdir.
Vurğulanıb ki, xüsusilə müasir dövrün tələblərini nəzərə alaraq ticarət təchizat zəncirində həyata keçirilən əməliyyatlar zamanı artıq süni intellektin tətbiqinə yer verilməsi və bu istiqamətdə həyata keçirilən işlərin daha yüksək səviyyədə yerinə yetirilməsi vacibdir.
Tədbirdə CAREC üzv ölkələrinin nümayəndələri tərəfindən (Azərbaycan, Çin Xalq Respublikası, Gürcüstan, Monqolustan, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan, Qazaxıstan) gömrük sistemlərində həyata keçirilən yeniliklər, səlahiyyətli iqtisadi operator səlahiyyətlərinin genişləndirilməsi, elektron “Bir pəncərə” sisteminin tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi sahəsində tətbiq edilən rəqəmsal layihələr barədə ətraflı məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Həmçinin, iclasda COVİD-19 pandemiyası və post-pandemiya dövründə ticarət təchizat zəncirinin davamlılığının təmin edilməsi və sərhədlərarası ticarətə zərbə vura biləcək planlaşdırılmamış hadisələrin öncədən qarşısının alınması istiqamətində həyata keçirilməli olan tədbirlərə dair məlumatlar müzakirə edilib.
İclas zamanı Dövlət Gömrük Komitəsinin nümayəndəsinin təklifinə əsasən Asiya İnkişaf Bankı və CAREC İnstitutunun dəstəyi çərçivəsində elektron “bir pəncərə” sisteminin Azərbaycan və digər CAREC üzv dövlətləri tərəfindən tətbiqinin layihələndirilməsi məsələsinə baxılması qərarlaşdırılıb.
Eləcə də, CAREC nümayəndəsinin təklifi ilə “CAREC-in təkmilləşdirilmiş tranzit sisteminin və məlumatların ümumi mübadiləsinin pilot yoxlanılmasına dair üçtərəfli Saziş” layihəsinin Azərbaycanla Gürcüstan arasında imzalanması istiqamətində işlərin başlanılmasına dair qərar qəbul edilib.


Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












