Cəlilabad polisi avtomobildən 14 kiloqramdan artıq narkotik aşkarladı - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram narkotik vasitə heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır




Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












