Cəlilabad və Biləsuvarda vətəndaşlardan götürülən odlu silahların sayı məlum olub

Cari ilin əvvəlindən etibarən Cəlilabad və Biləsuvar rayonlarında vətəndaşlardan 174 ədəd odlu silah götürülüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev açıqlama verib.
Onun sözlərinə görə, artıq bir müddətdir ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən vətəndaşlara qanunsuz saxlanılan odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil vermələri barədə çağırışlar edilir:
"Bu proses Cəlilabad və Biləsuvar rayonlarında da uğurla davam etdirilir. Cəlilabad rayonunda son iki ay ərzində əməliyyat və profilaktiki tədbirlər nəticəsində 41 ədəd ov tüfəngi, 2 ədəd avtomat və 1 ədəd tapança vətəndaşlardan təhvil götürülüb. Biləsuvar rayonunda isə son iki ay ərzində 47 ədəd ov tüfəngi və 2 ədəd avtomat aşkarlanaraq götürülüb. Ümumilikdə cari ilin əvvəlindən Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança və 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə ilin əvvəlindən 1 ədəd tapança, 3 ədəd avtomat və 107 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb".
Regional qrupdan, həmçinin qeyd edilib ki, vətəndaşlar bu məsələyə daim diqqətlə və həssallıqla yanaşmalıdırlar.
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi












