Cəlilabadda nişan, Lənkəranda yas məclisi keçirənlər cərimələndi

Cəlilabad rayonunda nişan, Lənkəran rayonunda isə yas məclisi keçirənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbilər davam etdirilir.
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Cəlilabad şəhər sakini M.Məmmədovun karantin rejiminin qaydalarını pozaraq qızına nişan məclisi təşkil etdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydaları izah olunub, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon sakini Q.Əkbərovun karantin rejim qaydalarını pozaraq Separadi kəndində qohumuna yas mərasimi təşkil etdiyi müəyyən edilib. Həmin ünvanda olan polis əməkdaşları tərəfindən bir daha məclis iştirakçılarına karantin rejim qaydaları izah olunub.
Məclisin təşkilatçısı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanunamüvafiq tədbirlər görülüb.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











