Cənub dəhlizi yeni marşrutlarla genişləndiriləcək

Orta dəhliz Qazaxıstan ərazisindən keçməklə, yük axınının fəal artımını nümayiş etdirir.
Avtosfer.az xəbər verir ki , bu sözləri Qazaxıstanın "NurZholCompany" şirkətinin Müşahidə Şurasının həmsədri və "KazGrain" Milli İxracatçılar Assosiasiyasının rəhbəri Kanat Kobessov "Qara dəniz-Xəzər Logistika Forumu 2024" tədbirində çıxışı zamanı deyib.
O, bildirib ki, mövcud iqtisadi çətinliklərə baxmayaraq, qlobal ticarətin qarşıdakı illərdə hər il artacağı proqnozlaşdırılır:
"Son illərdə Avrasiya regionu dünya nəqliyyat sisteminin getdikcə daha əhəmiyyətli bir hissəsinə çevrilir və bu prosesdə üç əsas dəhliz mühüm rol oynayır. Şərqi Rusiyadan keçən Şimal dəhlizi geosiyasi və iqtisadi dəyişikliklər səbəbindən mövqeyini itirir. Qazaxıstan ərazisindən keçən Orta dəhliz isə əksinə, fəal artım nümayiş etdirir. İnkişafın vacib elementi həmçinin Qafqazı Mərkəzi Asiya ilə Qazaxıstan ərazisindən birləşdirən yeni formalaşan Cənub dəhlizidir. Bu infrastrukturun inkişafında dəmir yolu əlaqəsi mühüm rol oynayır, bu istiqamətdə fəal inkişaf gedir və gözlənilir ki, dəhliz yeni marşrutlarla genişləndiriləcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












