Cərimə yazılıb, amma sürücü protokolla razılaşmır - Mübahisə - VİDEO

Sürücü iddia edir ki, o, bu ziddiyyətin qurbanı olub və ona haqsız yerə cərimə yazılıb. Yəni sürücü protokolla razılaşmır. Sumqayıt şəhər sakini Cəfər Cəfərli öz şəxsi avtomobili ilə Səməd Vurğun küçəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən 60 manat məbləğində cərimələnib. Sürücü iddia edir ki, Dənizkənarı bulvar ərazisində yeni çəkilən yolun sonu bağlandığından sürücülər geri qayıtmaq məcburiyyətində qalırlar. Yolun girişində isə sürücülər üçün heç bir xəbərdarlıq işarəsi qoyulmayıb.
Cəfər Cəfərli iddia edir ki, ona yazılan protokol qanunsuzdur.
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirildi ki, həmin vaxt mövcud vəziyyət şəhər təhlükəsizlik xidməti kamerası ilə lentə alınıb. Sürücü həmin ərazidə dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Ancaq buna baxmıyaraq, hazırda sürücüyə yazılan cərimə protokolunun dəqiqliyi yoxlanılır. Əgər fakt təsdiqini tapmazsa, həmin vaxt ərazidə xidmət aparan DYP əməkdaşı barəsində tədbir görüləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












