Cərimələnən piyada protokolun qanunsuz yazıldığını bu video ilə sübut etdi - VİDEO

Tanınmış jurnalist Azər Həsrət yol polisi tərəfindən cərimə olunub. Amma bu dəfə sürücü kimi yox, piyada kimi. O, başına gələnləri Avtosfer.az-a danışaraq bəyan edib ki, cərimə ilə razılaşıb, onu ödəməyə də hazırdır. Lakin çəkdiyi video ilə sübut edir ki, cərimə ona qanunsuz yazılıb: «Yanvarın 28-də,-saat 16:00-da «Gənclik» metrosunun «McDonalds» səmtində maşını saxlayıb yolu piyada keçərkən qarşı tərəfdə dayanan yol polisləri qayda pozduğum üçün məni cərimə etdilər. Cərimə mübahisəli olsa da, heç bir dirəniş göstərmədən sənədimi təqdim etdim və xahiş etdim ki, protokol yazsınlar. Yazdılar. Bundan sonra polislərə dedim ki, indi geri qayıdıb oradan çəkiliş aparacam və mənim kimi yolu keçmək istəyənlərin niyə belə qayda pozmağa məcbur olduğunu göstərəcəm. Mən yolu geri keçəndən sonra polislər maşını sürüb getdi. Yəqin videoda görünmək istəmədilər. Olsun. Mənim məqsədim maarifləndirmədən başqa bir şey deyil».
Azər Həsrət bildirir ki, yol polisləri ona bir neçə metr irəlidə keçid olduğunu göstərərək cərimə yazıblar. Həmin keçid metronun girişidir və buradan keçid kimi də istifadə olunur. Lakin jurnalist haqlı olaraq deyir ki, həmin keçidin üzərində hər hansı bir nişan yoxdur və yolu ilk dəfə bura düşənlər burada keçid olduğunu bilə bilməzlər: «Ona görə də, əvvəlcə nişan qoysunlar, sonra cərimələsinlər. Mənə yazılan cəriməni qanunsuz sayıram və bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edəcəm».
Elmin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










