Cəriməni yazıb sistemə vurmurlar; uduzan sürücülərdir - VİDEO

Texniki vasitələrlə qeydə alınan qayda pozuntusuna görə cəriməni bankda, poçtda, eləcə də internet üzərindən ödəmək olar. Bizə müraciət edən sürücü qəribə vəziyyətlə üzləşib. Onun ünvanına protokol gəlsə də, cəriməni ödəyə bilmir. Protokol haqqında məlumatların ödəmə sisteminə daxil edilməməsidir.
Aydın Şükürov 1 aydan artıqdır yol hərəkəti qaydasını pozduğu üçün ona verilən cərimə protokolunu ödəyə bilmir. Qanunvericiliyə görə isə qayda pozuntusu texniki vasitələrlə qeydə alınan anda yol polisinin mərkəzi informasiya sisteminə düşür. Daha sonra məlumatlar kağız daşıyıcıda poçt vasitəsilə sürücüyə çatdırılır. Sürücü pozuntu ilə razılaşaraq məktuba imza atandan sonra sənəd polisə göndərilir və pozuntu haqda qərar qəbul edilir. İki gün ərzində həmin qərar ödəmə məntəqələrinin sistemində görünməlidir. Əks halda bir sıra problemlər yarana bilər. Bununla da, sürücü həmdə cəriməni tez ödəməyə görə nəzərdə tutulan güzəştdən məhrum olur. Qayda pozuntularının müxtəlif texniki vasitələrlə qeydə alındığı bir dövrdə bu məsələ daha da aktuallaşır. Bənzər halla başqa sürücülər də qarşılaşa bilərlər.
Baş Dövlət Yol İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə, bu iki səbəbdən baş verə bilər. Problemin həlli üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilməlidir. Bundan sonra məsələ araşdırılaraq həllini tapa bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












