Cəzası bitməmiş yenidən məhkum oldu

12 saylı cəzaçəkmə müəssisəsində məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin cinayət işinin məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Azər Şalıyevə hökm oxunub. O, 5 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib.
Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












