Çimərlik mövsümü ilə əlaqədar toplantı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çimərlik mövsümünə hazırlıqla əlaqədar olaraq tədris-metodiki toplantı keçirilib. Bu barədə Avtosfer.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, toplantıda Xidmətin rəhbərliyi, struktur bölmələrinin, eləcə də dalğıc-axtarış qrupları və sularda xilasetmə məntəqələrinin, regional şöbələrin məsul şəxsləri iştirak edib.
Xidmətin rəisi daxili xidmət general-mayoru Rüfət Fəradov 2023-cü il ərzində su obyektlərində baş vermiş sudaboğulma hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər haqqında məlumat verib. Eyni zamanda, su hövzələrində axtarış-xilasetmə tədbirləri, dalğıc işləri və insanların sularda təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə görülmüş işlər diqqətə çatdırılıb.
Daha sonra xidmətin struktur bölmələrinin rəhbərləri müvafiq sahələr üzrə hesabat xarakterli çıxışlar ediblər.
Sonda xidmət rəisi cari ildə insanların sularda təhlükəsizliyi və axtarış-xilasetmə tədbirlərinin daha səmərəli təşkil olunması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












