Çin Azərbaycana 50 konteyner ixrac malı göndərəcək - Dəmir yolu vasitəsilə

Çinin Tsindao şəhərindən Bakı istiqamətində ikinci konteyner qatarı yola düşüb.
Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan ADY Container MMC-nin verdiyi məlumata görə, qatar 51 40-futluq konteynerdən ibarətdir.
Bildirilib ki, qatarın Qazaxıstanın Aktau şəhərinə gəldikdən sonra konteynerlərin ADY Container tərəfindən idarə olunan fider gəmisi ilə Bakı limanına çatdırılacaq.
Şirkət yüklərin böyük hissəsinin Azərbaycan üçün nəzərdə tutulduğunu deyib: “Bakıdan Gürcüstana 10, Türkiyəyə isə 3 konteyner göndəriləcək. İlin sonuna qədər Çin - Azərbaycan istiqamətində 50-yə qədər dəmir yolu konteyneri nəql etməyi planlaşdırırıq”.
Qeyd edək ki, nəql Çin Dəmir Yolları ilə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna üzv olan KTZ Express, ADY Container MMC və GR Logistics və Terminal şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Tsindao-Bakı marşrutu üzrə ilk qatar 2021-ci ilin fevralında Azərbaycana gəlib. Tsindao Limanı Çinin ən böyük taxıl və neft terminallarına sahib ikinci ən böyük liman sayılır. 2019-cu ildə liman bir milyard ton yük nəql edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












